Mesa Academy

“Mesa Academy” tədris mərkəzi 2018-ci ildən fəaliyyət göstərir. ''Mesa Academy'' MMC-in əsas fəaliyyəti Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun və Beynəlxalq Standartlara cavab verən tibbi, kosmetologiya və lazer epilyasiya tədrisi verməkdir.

Haqqımızda

Müəssisə Azərbaycanda beynəlxalq standartlaşdırma təşkilatı (ISO) tərəfindən «ISO 9001:2015», «ISO 29993:2017» standartları ilə akkreditasiya olunmuş tədris müəssisəsidir. Yüzlərlə kosmetoloq və mütəxəssislərin yetişdirilməsi və ixtisaslı kadrların işlə təmin olunmasında əhəmiyyətli dərəcədə rolu olan “Mesa Academy” eynilə Rusiya Federasiyasında da fəaliyyət göstərir.

"Mesa Academy"də aşağıdakı kurslar keçirilir:

  • Ümumi kosmetologiya;
  • Yeni kosmetoloji texnikalar və avadanlıqlar üzrə təlim;
  • Müasir preparatların və kosmetik prosedurların təqdimatları;
  • Unikal masaj üsullarında fərdi təlim;
  • Seminarlar və tematik ustad dərsləri.
  • Lazer epilyasiya.
  • Bədən şəkilləndirmə.
  • Seminarlar və tematik ustad dərsləri.

3 5 İllik təcrübə
6000 500 Məzun
3 20 Aylıq məzun sayısı
200 10 Təlimlər və kurslar

Mesa Akademiyasınin üstünlükləri:

Nə üçün biz?

Dərslər tədris mərkəzinin ixtisaslı praktiki həkim-kosmetoloqları və dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilir. “Mesa Academy” 10 ilə yaxındır fəaliyyət göstərən və 60-a yaxın dünya brendinin ölkə distribütoru olan “Mesa Group” MMC-nin bir qolu olduğundan kursumuza daim xarici zavod və istehsalçılardan, müxtəlif Beynəlxalq Akademiyalardan elmi dərəcəli həkimlər və mütəxəssislər cəlb olunur. Bu da tədrisdə keyfiyyətin və xarici təcrübənin artmasında mühüm rol oynayır.

Fəaliyyətimiz

  1. Ölkənin ilk və yeganə «ISO 9001:2015», «ISO 29993:2017» standartları beynəlxalq standartlarına cavab verən və rəsmi fəaliyyət göstərən kosmetoloji akademiyası olması;
  2. Tələbələrə geniş spektorlu təhsil proqramlarını öyrənmək imkanının verilməsi;
  3. Kurrikuluma bir günlük kurslar, təkmilləşdirmə üçün geniş təlim proqramları;
  4. Təcrübə üçün keyfiyyəti ilə seçilen eksklüziv preparatların təqdim olunması;
  5. Tələbələr üçün məzunlara dəstək proqramı;
  6. Mərkəzin müəllimləri məsləhətləşməyə, problemin həllinə kömək etməyə, maraqlandıran suallara cavab verməsi;
  7. Məzunlara lazımi preparat ve avadanlıqların alınması üçün güzəştlər edilməsi;
  8. İnformasiya internet platformasında onlayn kurslar və vebinarlar təşkil olunması.



Beynəlxalq Standartlara Uyğunluq

“Mesa Academy” beynəlxalq standartlara uyğun qurularaq akkreditasiya olunmuş tədris müəssisəsidir. “Mesa Academy” 2022-ci ilin avqust ayında ISO 9001:2015 sertifikatını alıb. ISO 9001 standartının tətbiqi təşkilatın davamlı inkişafının təmin olunması, istehsal göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi, istehlakçıların tələbatlarını fasiləsiz təmin etməklə məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına imkan verir. Bu sertifikat “Mesa Academy” MMC-nin idarəetmə və təşkilati işlərdə effektliyini təsdiqləyir.

2022-ci ildə ISO 29993:2017 sertifikatı almışdır. ISO 29993:2017 rəsmi təhsildən kənar təhsil xidmətləri üçün tələbləri müəyyən edən ümumi bir qlobal keyfiyyət standartıdır. Bu standart keyfiyyətli təhsilin həyata keçirilməsi üçün minimum beynəlxalq tələblərin təmin edilməsi yolu ilə bazarda şəffaflığı və inamı artırmaq məqsədilə hazırlanmışdır.

Sertifikatlarımız